BAKI, 28 iyun — Sputnik. "Rusiya ilə münasibətlərin düzəlməsinə göstərdikləri səyə görə qardaş Azərbaycan və Qazaxstana təşəkkürümüzü bildirirəm".
Sputnik Haber10-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım partiyasının parlament fraksiyasının toplantısındakı çıxışı zamanı deyib. O, qeyd edib ki, Rusiya ilə münasibətlərin düzəlməsi üçün faydalı addımlar atılır.
"Rusiya ilə aramızda olan buzlar əriməyə başlayıb. İşlərin bu yerə gəlməsində böyük əmək sərf olunub, səylər göstərilib. Xüsusi ilə Azərbaycan və Qazaxıstan kimi qardaş ölkələrin göstərdikləri gərgin səylərə görə, təşəkkürümüzü bildiririk. Bundan sonra dostlarmızı artıracaq, düşmənlərimizi azaldacağıq", — Yıldırım vurğulayıb.