BAKI, 28 iyun — Sputnik. "Təyyarə hadisəsinə görə Rusiya ilə münasibətlərimizdə böhran baş verdi. Biz münasibətlərdəki bu mənfi halın aradan qaldırılması üçün addım atdıq".
Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradakı çıxışı zamanı deyib. "Mənim Rusiya ilə əlaqələrin inkişafını bərpa etmək üçün göndərdiyim bu məktub, əminəm ki, ölkələrimizin xeyrinə olacaq", — Ərdoğan bildirib.
Prezident qeyd edib ki, o, göndərdiyi məktubda təyyarə hadisəsi ilə bağlı təəssüfünü şəxsən Putinə bildirib: "Yazdığım məktubda regional əməkdaşlıq üçün iki ölkənin imkanlarını da xatırlatdım. İnanıram ki, biz hər iki dövlətə ziyan vuran hazırkı vəziyyətdən təcili yaxa qurtararaq, münasibətlərimizi tez bir zamanda normallaşdıra biləcəyik".