BAKI, 28 iyun — Sputnik. "Ərdoğan və Putin çərşənbə, ya da cümə axşamı telefonla danışacaqlar". Bunu özəl televiziya kanalına müsahibəsində Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, nazir bu sözləri kanala müsahibəsindən 2 saat öncə rəsmi "Twitter" səhifəsində də yazmışdı.
"Bu böhran Türkiyə və Rusiya əhalisi üçün xoşagələn deyil. Bizim prezident ya çərşənbə günü, ya da cümə axşamı cənab Putinlə telefon danışığı aparacaq", — deyə Binəli Yıldırım qeyd edib.