CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranlı turistlər Azərbaycana axın edirlər

© AFP 2023 / ATTA KENARETehran sakinləri. Arxiv şəkli
Tehran sakinləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2016-cı ildə ölkəmizə səfər edən İran vətəndaşlarının sayı 23 faiz artıb

BAKI, 27 iyun — Sputnik. Bu ilin iyun ayına kimi İrandan Azərbaycana 74890 nəfər səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycana gələn iranlı turistlərin sayı günü-gündən artır.

Verilən məlumata görə, 2015-ci ilin müvafiq dövründə bu rəqəm 61 096 nəfər olub. Yəni 2016-cı ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23% artıb.

Qeyd edək ki, İran vətəndaşlarının səfəri daha çox Novruz bayramına təsadüf etdiyindən ən çox artım 87 faiz olmaqla mart ayı ərzində qeydə alınıb.

Xəbər lenti
0