Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Türkiyə hansı məntiqlə referenduma gedəcək?!"

© REUTERS / Murad Sezer/File PhotoTürkiyə və Aİ
Türkiyə və Aİ - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Avropa İttifaqı ilə müzakirələrin ümumxalq səsverməsinə çıxarılması təklifində məntiq tapa bilmirlər

BAKI, 27 iyun — Sputnik. "Son zamanlarda Avropa İttifaqının verdiyi sözlərə əməl etməməsi Türkiyəni çox məyus edib. Ancaq referendum bir həll yolu deyil. Bəlkə də Aİ-yə cavab cəhdləri ola bilər. Türkiyə xalqı referendumda "bəli" və ya "xeyr" desə, heç bir şey dəyişməyəcək".

© © Mehmet Öztarsunun şəxsi arxivindənMehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri
Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri  - Sputnik Azərbaycan
Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri

Bunu Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, ittifaqa daxil olub-olmamaq xalqın istəyinə bağlı deyil: "Türkiyənin 10 illərlə davam edən müzakirələrini və buna uyğun həyata keçirdiyi islahatları unutmaq olmaz. Unutmaq lazım deyil ki, Aİ islahatları Türkiyədə bir çox yeniliklərin həyata keçirilməsini təmin edib".

Ekspert qeyd edib ki, Türkiyə bu məsələdə ciddi olmasaydı, Avropa İttifaqı Nazirliyi kimi struktur yaratmazdı: "Ona görə də referendum məsələsini Aİ-yə bir cavab və niyyəti ortaya qoyan bir ünsür olaraq görmək lazımdır".

"Avropa İttifaqı (Aİ) ilə müzakirələrin davam edib-etməməsi məsələsinin Türkiyədə referenduma çıxarılmasının məntiqi izahını tapa bilmirəm. Çünki, Avropa İttifaqı özü buna isti baxmırsa, Türkiyənin bu məsələyə hansısa bir şəkildə referendumda münasibət bildirməsinin nə mənası qalır?!".

Bu fikri isə Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Sputnik-ə açıqlamasında deyib. "Yəni, Türkiyə xalqı vizaların ləğvini istəyir, Aİ bunu istəmirsə, nə baş verəcək?Ona görə də bunu izahı olmayan bir açıqlama kimi qəbul edirəm", — depuau bildirib.

F. Mustafanın fikrincə, Böyük Britaniyadakı (BB) vəziyyətlə Türkiyənin durumu fərqlidir: "Faktiki BB Aİ-nin içərisində idi. Amma indi Türkiyənin hansısa formada Aİ-yə cəlb olunmasından söhbət gedirsə, Türkiyəni onsuz da bura cəlb edən yoxdur. Ona görə də referendum məsələsinə siyasi açıqlama kimi baxılmalıdır. Reallığı əks etdirən məsələ kimi, açığı izah vermək çətindir".

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Fazil Mustafa

"Brexit" məsələsinə toxunan deputation sözlərinə görə, bu hadisə Avropa İttifaqının nüfuzuna vurulan böyük zərbədir: "Britaniyalıların orda olmaması Aİ üçün müəyyən problem yaradan məsələdir. Ona görə də bu məsələdə Aİ-nin gələcəyi ilə bağlı müəyyən şübhələr artıq gündəmə gəlməyə başlayıb. Çünki, Avropa siyasətində britaniyalıların rolu tarix boyu çox böyük olub və Avropanın taleyinin həllində britaniyalılar xüsusi rol oynayıblar. Bu baxımdan onların geri çəkilməsi Avropa İttifaqı üçün müəyyən dərəcədə cəlbediciliyin itirilməsi deməkdir".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ilə müzakirələrin davam edib-etməyəcəyinə türk xalqının qərar verə biləcəyini deyib. Ərdoğan, referendum keçirilməsinin ən doğru addım olacağını bildirib.

Son vaxtlar Avropa İttifaqının rəsmi Ankara qarşısında əsassız şərtlər irəli sürməsi Türkiyədə qəzəblə qarşılanmaqdadır. Yerli siyasilər və politoloqlar İttifaqın Türkiyədən tələb etdiyi "Terrorla mübarizə qanunu"nda dəyişiklik təklifini qətiyyətlə rədd edir.

Xəbər lenti
0