BAKI, 26 iyun — Sputnik. İsrail və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılığa gəliblər. APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə İsrail hökumətindəki mənbə bildirib. Onun sözlərinə görə, münasibətlərin normallaşdırılmasına dair danışıqlar Romada baş tutub. İki ölkə arasında münasibətlərin bərpasına dair rəsmi məlumatın iyunun 27-də veriləcəyi gözlənilir.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2010-cu il mayın 31-də Qəzzaya yardım aparan "Mavi Marmara" adlı Türkiyə yardım gəmisinin Aralıq dənizində İsrail ordusu tərəfindən ələ keçirilməsi və bu zaman 9 nəfərin öldürülməsindən sonra pisləşib.
"Anadolu" agentliyinin məlumatına görə, Türkiyə baş naziri Binali Yıldırım İsrail ilə aparılan müzakirələrdə əldə olunan anlaşma ilə əlaqədar sabah rəsmi açıqlama ilə çıxış edəcək.