CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhərədək Allahdan əfv dilədilər

© Sputnik / Rahim MuradovLənkəranda ilk qədr gecəsi qeyd olunub
Lənkəranda ilk qədr gecəsi qeyd olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəranda ilk qədr gecəsi qeyd olunub. Bu gecədə bütün günahlar bağışlanar.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. Bütün İslam dünyası dünən Mübarək Ramazan ayının ilk Qədr gecəsini qeyd etdi. Min aydan daha fəzilətli və üstün sayılan bu gecə İslam dünyasında bağışlanma və günahlardan azad olunma gecəsi kimi də tanınır.

Qədr gecəsi — Allahın kitabı, bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran Qurani-Kərimin nazil olduğu gecədir. İslamiyyətin əziz Peyğəmbəri Məhəmməd (S) Qurani-Kərimin hansı gecədə nazil olunduğunu deməyib. Qədr gecələri Ramazan ayının 19, 21 və 23-cü gecələrinə təsadüf edilir və Quranın bu gecələrin birində Peyğımbər əfəndimizə nazil olunub.

© Sputnik / Rahim MuradovLənkərandа Əhya gecələri həmişə böyük izdihamla qeyd edilir
Lənkərandа Əhya gecələri həmişə böyük izdihamla qeyd edilir - Sputnik Azərbaycan
Lənkərandа Əhya gecələri həmişə böyük izdihamla qeyd edilir

Qədr gecəsində əhya saxlanıldığından (oyaq qalmaq) bu üç gecəyə həm də "Əhya gecələri" də deyilir. Bu gecələrdə edilən bütün dualar qəbul olunar. Məhz bu gecələri Mərhəmət gecəsi də adlandırırlar. Bu gecədə bütün günahkarlar bağışlanar. Hətta Allaha asi olan bəndələr tövbə etsələr, onların da günahları bağışlanar.

Lənkəran məscidlərində də bu gecələrin ilki böyük izdihamla qeyd edildi. Məscidə gələnlər "Qədr gecəsi namazı"nı qılıb, Qurandan ayələr oxuyub, Allahdan əhv olunmaları üçün, xalqımızın rifahı üçün dualar etdilər. Qeyd edək ki, bu il Qədr gecələri iyun ayının 24, 26 və 28-də qeyd olunacaq.

Xəbər lenti
0