Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Cəbiş müəllim” Azərbaycan silahlı qüvvələrinin yaradılması haqqında danışır

Abunə olmaq
“Cəbiş müəllim” layihəsi Azərbaycanın Milli silahlı qüvvələrinin yaranması haqqında hekayəsi ilə davam edir

Azərbaycan Silahlı Qüvvələri günü respublika hərbçilərinin peşə bayramıdır. 28 may 1918-ci il tarixində Azərbaycan Demokratik Respublikası elan olunandan sonra ümdə məsələlərdən biri milli silahlı qüvvələrin yaradılması idi.

Zaqafqaziya komissarlığının qərarı ilə 1917-ci ilin dekabrında Qafqaz cəbhəsini tərk edən Rusiya ordusunun əvəzinə gürcü, erməni, müsəlman (Azərbaycan) və rus korpusları yaradılır. Korpuslar könüllülük əsasında yaradılır və 1918-ci il 26 iyun tarixində Nazirlər Şurasının qərarı ilə Müsəlman korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu qoyulur.

Müstəqiliiyimizi bərpa etdikdən sonra Azərbaycan Ali Şurası 1991-ci il 9 oktyabr tarixində Silahlı Qüvvələr Haqqında qanunu qəbul edir. Qanuna əsasən, üç ay müddətində Milli Ordunun formalaşdırılması həyata keçirilməli idi. Bununla əlaqədar olaraq 1998-ci ilədək ölkədə Silahlı Qüvvələr günü 9 oktyabr olub.

Lakin o illərdə Azərbaycan prezidenti Heydər Əliyev 1998-ci ildə 26 iyun tarixini Silahlı Qüvvələr Günü elan edir və bu gün qeyri-iş günü kimi təqvimə salınır. O vaxtdan bu gün təmtəraqla qeyd edilir. Bayram münasibətilə hər il Bakı küçələrində hərbi parad keçirilir. 

Xəbər lenti
0