QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Prezidentindən "dördgünlük müharibə" dəyərləndirməsi

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiPrezident İlham Əliyev hərbçilərlə görüşdə çıxış edir
Prezident İlham Əliyev hərbçilərlə görüşdə çıxış edir - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Bunu aprel döyüşləri də göstərdi. Ermənistanın təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi"

BAKI, 25 iyun — Sputnik. "26 iyun Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm, uğurlar arzulayıram". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşündə deyib.

Sputnik Mətbuat Mərkəzində Azərbaycan ordusunun yaranmasına dair nadir sənədlər və az məlum olan səhifələr mövzusunda mətbuat konfransı keçirilib - Sputnik Azərbaycan
Azərbaycan ordusu necə yarandı?

Preziden bildirib ki, bina qısa müddətə inşa olunub və burada hər cür şərait yaradılıb: "İndiyədək 900-dək hərbi qulluqçu mənzillə təmin edilib. Azərbaycan ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur. Hərbi xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə, hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu planlı və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycanda yaradılan hərbi-sənaye kompleksi də müasir səviyyədədir".

Dövlət başçısı qeyd edib ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir: "Bunu aprel döyüşləri də göstərdi. Ermənistanın təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi".

Xəbər lenti
0