CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabaha olan hava proqnozu açıqlanıb

CC0 / tookapic / rainPəncərə şüşəsindəki yağış damcıları. Arxiv şəkli
Pəncərə şüşəsindəki yağış damcıları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 25 iyun — Sputnik. Bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Yenə leysan yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. 

Azərbaycan rayonlarında iyunun 26-da gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0