CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı

© Photo : APAZiya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Respublika və yerli əhəmiyyətli avtomobil yolları Nəqliyyat Nazirliyinin balansından çıxarılıb.

BAKI, 25 iyun — Sputnik. Azərbaycanda dövlət mülkiyyətində olan ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları Nəqliyyat Nazirliyinin balansından çıxarılıb. APA-nın məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən bundan sonra ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları dövlət mülkiyyətində olmaqla "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin balansında olacaq.

Xəbər lenti
0