BAKI, 24 iyun — Sputnik. Böyük Britaniya Mərkəzi Bankı ("Bank of England"), bu ölkə Avropa İttifaqından çıxdıqdan sonra, maliyyə sektorunun dayanıqlığı üçün 250 milyard funt sterlinq (345 mlrd. dollar) həcmində əlavə likvidlik vermək niyyətindədir. "APA-Economics" xəbər verir ki, bu barədə bankın icraçı direktoru Mark Karni deyib.
Onun sözlərinə görə, Britaniya bankları sön dövrlər 130 mlrd. funt sterlinq (179 mlrd. dollar) həcmində əlavə likvidlik cəlb edib: "Bu, onlara öz bizneslərini dəstəkləməyə verəcək".
İcraçı direktor əlavə edib ki, tənzimləyici bazarı dəstəkləmək üçün bütün zəruri addımları atacaq.