BAKI, 24 iyun — Sputnik. Birləşmiş Krallığın baş naziri Devid Kameron 3 ay sonra istefaya gedəcəyini bildirib. Sputnik Telegraph-a istinadən xəbər verir ki, Kameron referendumun nəticələrindən sonra Britaniyanın yeni liderə ehtiyacı olduğunu söyləyib.
Referendumun nəticəsinin istədiyi kimi olmadığını əsas gətirən ingilis lider, bununla belə səsvermə nəticələrinin britaniyalıların həyatına köklü dəyişikliklər gətirməyəcəyini iddia edib.
Xatırladaq ki, Britaniya adasında dünən keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.