BAKI, 24 iyun — Sputnik. Ankara Universitetinin Tibb fakültəsinin şəhərciyində, xəstəxana işçiləri arasında silahlı atışma yaşanıb. Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə, bu gün səhər saatlarında baş verib.
Nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Yaralı şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
İddiaya görə, xəstəxananın Əczaxana şöbəsində işləyən şəxs, öncədən aralarında problem olan digər 3 nəfərlə mübahisə edib. Mübahisə daha sonra silahlı atışma ilə nəticələnib.