Marsda tarixi kəşf

© Photo : NASAMars planeti
Mars planeti - Sputnik Azərbaycan
Abunə olmaq
Elm adamları yeni kəşfi planetin tarixinin yenidən yazılması kimi dəyərləndirirlər

BAKI, 24 iyun — Sputnik. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) Mars planeti ilə əlaqədar yeni kəşflərini ictimaiyyətə açıqlayıb. Sputnik "Akşam" qəzetinə istinadla xəbər verir ki, Marsda mineral tapdığını deyən NASA-nın bu kəşfi "Qırmızı planet" üzərində aparılan araşdırmaların istiqamətini dəyişdirə bilər.

NASA-nın "Curiosity" adlı kəşf robotu, indiyədək yalnız həddindən artıq istilərdə meydana gələn, "tridymite" adı verilən maddəyə rast gəlib. Elm adamları yeni kəşfi planetin tarixinin yenidən yazılması kimi də dəyərləndirirlər.

Planet üzərində müxtəlif araşdırmalar aparan NASA ötən il Marsda suyun olmasına dair dəlillərin mövcud olduğunu açıqlamışdı.

Xəbər lenti
0