BAKI, 23 iyun — Sputnik. İyulun 1-də Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə birinci beynəlxalq dolma festivalı keçiriləcək. Bu barədə Sputnik-ə AMKA-dan məlumat verilib.
Bildirilib ki, dolma festivalında bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma yeməkləri sərgilənəcək. Həmçinin, festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan xörəklər qonaqlara nümayiş olunacaq.