CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ipoteka şərtləri açıqlandı

© Photo : GETTY IMAGESİpoteka krediti. Arxiv şəkli
İpoteka krediti. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kredit Azərbaycan manatı ilə, Azərbaycan vətəndaşına, 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə veriləcək

BAKI, 23 iyun — Sputnik. İpoteka kreditinin verilməsinə dair tələblər açıqlanıb. "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti bir sıra tələblərə cavab verməlidir.

Kredit Azərbaycan manatı ilə, Azərbaycan Respublikasının vətəndaşına, 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilməlidir. Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir.

Bakıda gənclər - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Hər dəfə deyirəm ki, gələn il özümə ipoteka ilə ev alacam..."

Sputnik xəbər verir ki, bu, dövlət başçısının "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda əksini tapıb.

Kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilməlidir.

Kreditin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləği ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilir. Kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən olunur.

İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır. Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir.

Borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır.

Xəbər lenti
0