Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə 50 illik mücadiləsini dayandıra bilər

© Photo : AFP PHOTO / TURKISH PRESIDENTIAL PALACE PRESS OFFICE / KAYHAN OZERTürkiyə Təhlükəsizlik Şurasının toplantısı. Arxiv şəkli
Türkiyə Təhlükəsizlik Şurasının toplantısı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə Prezidenti Avropa İttifaqı ilə müzakirələrin dayandırılıb-dayandırılmamasını xalqın ixtiyarına vermək fikrindədir. Türklər İttifaqa "yox" desələr, quruma üzvlük məsələsi tarixə qovuşacaq.

BAKI, 23 iyun — Sputnik. "Qəlbsiz bir bədən cəsəddən ibarət olduğu kimi, dəyərlərindən və köklərindən qopma bahasına əldə edilən uğur da eyni şəkildə mənasız, soyuq və ruhsuzdur". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı iftar proqramındakı çıxışı zamanı söyləyib.

Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğandan Avropanı silkələcəyək açıqlama

Avropa Birliyinin Türkiyəni nə üçün üzv qəbul etmədiyini dəyərləndirən Prezident "çünki türklər müsəlmandır" deyib: "Əmin olun, nə sizin viza oyunlarınız, nə də Türkiyəni birliyə üzv edib-etməyəcəyiniz milləti maraqlandırmır. Əksinə siz özünüz bu işdə maraqlısınız. Siz verdiyiniz sözü tutmadınız. Budur sizin çirkin üzünüz. Ona görə də düşünürəm ki, Avropa Birliyinə üzvlük müzakirələrini türk xalqının ixtiyarına verə bilərik. Bunun üçün referendum keçirilə bilər".

Ərdoğan çıxışında Böyük Britaniyanı da sərt tənqid edib: "İngiltərə hər zaman Türkiyənin yanında olduğunu deyirdi. Bəs indi nə oldu? Nə olduğunu mən sizə deyim. Çünki türk xalqının İslama bağlılığı onları narahat etdi. Çünki türklər müsəlmandır. Bax buna görə də Türkiyə yarım əsrə yaxındır müzakirə aparmasına baxmayaraq, Avropa Birliyinə qəbul edilmir".

Bəzi ekspertlərə görə, Ərdoğanın son çıxışı yaxın vaxtlarda Türkiyədə referendum keçirilə biləcəyini göstərir. Türkiyəli jurnalist-yazar Ömər Dinçər də bu cür düşünənlərdəndir. Mövzunu Sputnik-ə dəyərləndirən politoloq hesab edir ki, Ərdoğanın verdiyi sərt mesajlar Avropanı müəyyən addımlar atmağa vadar edə bilər.

"Avropa İttifaqı nə istəyir və nə tələb edir, bunu özü də tam bilmir. Həm Ankaraya heç bir şans tanımaq istəmir, həm də ölkənin iç işlərinə burnunu soxur. Ankaranı Avropa standartlarına sadiq qalmağa çağırır. Maraqlıdır, 20-ci əsrin ortalarından bu günə kimi Türkiyə birliyə üzv ola bilmək üçün müzakirələr aparır. İqtisadi və demokratik cəhətdən qat-qat Türkiyədən zəif dövlətlər sonrakı illərdə asanlıqla İttifaqa üzv seçildilər. Ankara isə hələ də qapıda gözləmə mövqeyindədir. Əslində prezident doğru ifadə edir, türklər müsəlman olduqları üçün Birliyə qəbul olunmur", — Dinçər bildirib.

Azərbaycanlı politoloq Qabil Hüseynli isə türk həmkarından fərqli olaraq Ərdoğanın da səhvləri olduğunu hesab edir. "Ərdoğan bundan əvvəlki çıxışında Avropanı sərt tənqid edərək "siz öz yolunuza, biz də öz yolumuza" demişdi. Əlbəttə, bu da Avropanı qəzəbləndirmişdi. Düşünürəm ki, Avropa İttifaqının Türkiyəyə ədalətsiz davranmasının arxasında Ərdoğan faktoru da önəmli rol oynayır", — deyə siyasi şərhçi Sputnik-ə açıqlamasında qeyd edib.

Bununla belə, Q. Hüseynli Aİ-nin Türkiyəyə qarşı bəzi haqsız tələblər irəli sürdüyünü də vurğulayıb: "İttifaq Türkiyədən tələb edir ki, "Terrorla mübarizə qanunu"nda dəyişiklik etsin. Rəsmi Ankara da haqlı olaraq bunu qəbul etmir. Çünki Türkiyədə PKK kimi terror təşkilatı var və ölkənin cənub-şərqində ciddi problemlər hökm sürür. İstər Avropa Birliyində olsun, istərsə də ABŞ-da terrorçulara heç bir şans tanınmır. Bunun eynisini Türkiyənin də etmə haqqı var".

Xəbər lenti
0