BAKI, 23 iyun — Sputnik. Amerikalı alimlər 10 günə kimi ABŞ ərazisində güclü zəlzələnin baş verəcəyini proqnozlaşdırıblar. Sputnik İndependent-ə istinadən xəbər verir ki, zəlzələnin gücü 9,3 bal ola bilər ki, bu da Portlend, Sietl, Vankuver yaxınlığında sunamiyə səbəb olacaq.
Alimlər ehtimal edirlər ki, zəlzələ qitənin qərb tərəfində olacaq. Onların fikrincə, risk zonası 60 mil ərazini, Şimali Kaliforniyadan Vankuver adasına qədər uzanır.