Böyük imperatorun tarixi səhvi

© Photo : PUBLIC DOMAIN / Mediabanka keçidBöyük Fransa imperatoru Napoleon Bonapart
Böyük Fransa imperatoru Napoleon Bonapart - Sputnik Azərbaycan
Abunə olmaq
1812-ci ilin bu günü 675 minlik ordu Rusiya üzərinə yürüş edən Napoleon, cəmi 18 minlik ordu ilə geri qayıdır

BAKI, 23 iyun — Sputnik. Böyük Fransa imperatoru Napoleon Bonapart 23 iyun 1812-ci ildə Rusiyaya hücuma başlayır. O, Avropada misli görünməmiş — 675 minlik ordu ilə Rusiya üzərinə hərəkət edir.

Əvvəlcə Peterburq və Moskva xalq müqavimət dəstələrinə rəhbərlik edən Kutuzov imperator I Aleksandr tərəfindən ordu baş komandan təyin edilir. Kutuzov fransızlara qarşı həlledici döyüşdən qaçınaraq Napoleona qarşı taktikasını belə ifadə edirdi: "Biz Napoleona qalib gəlməyəcəyik. Biz onu aldadacağıq".

Ruslar ölkənin içərilərinə çəkilərək Napoleona Moskvanı od vurub yandıraraq döyüşsüz təslim edirlər. Şəhərə daxil olmuş Napoleon ordusu aclığa, soyuğa, xəstəliyə düçar olur. Rus çarı Napoleonla danışıqdan qaçır.

18 oktyabrda napoleon geri dönmək əmrini verir. Geri dönərkən kozak dəstələrinin hücumuna məruz qalmaları ordunun vəziyyətini daha da pisləşdirir. 1812-ci ilin dekabrında 18 min Napoleon əsgəri Prussiya sərhəddinə çatmış olur.

Prussiya köməkçi korpusu Napoleonun ordusundan imtina edərək ruslarla danışığa gedir. Nəticədə Napoleon kiçik bir dəstə ilə Parisə yetişmiş olur.

Xəbər lenti
0