BAKI, 22 iyun — Sputnik. "Türkiyənin güclü olması, İslam alǝminin güclü olması deməkdir". Sputnik TRT-yə istinadən xəbər verir ki, bunu Ordu şǝhǝrindǝ Mədəniyyət və İncəsənət Dərnəyi tərəfindən verilǝn iftar yemǝyindǝ, Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş deyib.
"Ramazan insanlara tǝkcǝ tərbiyə, səbr, kasıbın, ev-eşiyi olmayanın mövqeyini dǝrk etdirmir. Eyni zamanda bütün humanitar ǝxlaqı xatırlayıb yenidən öyrədir", — Kurtulmuş bildirib.
İslam coğrafiyasına nǝzǝr saldığımız zaman, bu ǝrazilǝrdǝ şanlı, şərəfli, gözəl günlərin yaşanmadığının müşahidǝ edildiyini ifadǝ edǝn Baş nazir müavini deyib: "İslam coğrafiyası vǝtǝndaş müharibǝlǝrinin hökm sürdüyü, bombaların partladığı, insanların həyatını itirdiyi, şəhərlərin, ölkələrin işğal altında tutulduğu bir dövrdən keçir. Aclığa, qıtlığa, cəhalətə, çarəsizliyǝ qarşı mübarizǝ edir. İslam alǝminin bu çətin vəziyyətdən xilas olması üçün elm, irfan, hikmət, birlik və bərabərlik yolunda lazımlı addımlar atılmalıdır".