BAKI, 22 iyun — Sputnik. "Ghost" ləqəbi ilə tanınan haker sosial şəbəkə istifadəçilərinin ekstremist xarakterli məlumatlardan heç cür qorumadıqlarını bəyan edib. Bu mövzuya yetirilən böyük diqqətə baxmayaraq, internetdə hələ də İŞİD-in akkauntlarına rast gəlmək olur. Misal üçün Twitter bir qədər öncə bu terorçu təşkilatın fikirlərini yayan 125 min səhifənin ləğv olunduğunu elan etmişdi, əslində isə bu akkauntları tapan sosial şəbəkə istifadəçiləri və "Anonymous" haker qrupunun üzvləri olub.
"Twitter bu işdə səylərini aktivləşdirməlidir. Məsələ ondadır ki, akkaunt bağlandıqdan sonra onun sahibi sosial şəbəkədəki adına cəmi bir neçə işarə əlavə edir və bununla da problem həll olunur. Bu cür səhifələri axtarıb tapmaq lazımdır. Ola bilsin, sosial şəbəkələr və hakerlər birlikdə işləyə bilər. Biz ləğv olunmalı səhifələrin siyahısını təqdim edə bilərik", — deyə "Ghost" bildirib.
Ötən ilin noyabrında Parisdəki terror aktlarından sonra həlak olanların yaxınları Google, Twitter və Facebook-a qarşı məhkəmədə iddia qaldırıblar. Bu, birinci belə hadisə deyil. ABŞ-da əri islamçıların hücumu nəticəsində həlak olan bir qadın Twitter-dən məhkəməyə şikayət edib.
Hakerin sözlərinə görə məlumatın yayılması məhz şirkətlərin problemidir. Onun dediyinə görə, hakerlər bu məsələdə təşəbbüsü öz əllərinə almağı qərarlaşdırıblar.
Akkauntların sındırılması barədə "Ghost" danışmaq istəməyib, lakin qeyd edib ki, bəzən bunu etmək çox çətin olur, çünki terrorçular ən müasir texnologiyalardan istifadə edir və yüksək hazırlıqlı mütəxəssisləri bu işə cəlb edir: "İŞİD internetdən özünə tərəfdar toplamaq üçün istifadə edir və məsələ göründüyündən daha ciddidir. Qruplaşmada terrorun təbliği ilə mübarizə apardığımızı bilirlər. Mən hər akkauntu qıran kimi onları ələ salmaq üçün xəbər göndərirəm. Onların reaksiyasını görmək maraqlıdır. Əvvəl-axır terroçular sosial şəbəkələrdə ünsiyyətdən çəkinməyə başlayacaqlar".
Onun fikrincə, terror təşkilatının tərəfdarları sosial şəbəkələrdə məlumatların müdafiəsini gücləndirən deyillər. Hakerin dediyinə görə, akkauntların çoxu sındırıldıqdan sonra artıq fəaliyyət göstərmir, lakin bəzi populyar saytlar bundan sonra da öz işlərini bərpa edir.