ABŞ bu ölkəyə sanksiyaları uzadır

© FlickrBarak Obama - ABŞ prezidenti
Barak Obama - ABŞ prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqtonun 2008-ci ildən bu yana Şimali Koreyaya qarşı tətbiq etdiyi bir sıra sanksiyaların müddəti uzadılacaq

BAKI, 22 iyun — Sputnik. Birləşmiş Ştatlar prezidenti Barak Obama ölkəsi üçün təhlükə sayılan Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətini uzadacağı barədə konqresi məlumatlandırıb. Sputnik RİA-ya istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, ABŞ-ın 2008-ci ildən tətbiq etdiyi bir sıra sanksiyaların müddəti uzadılacaq. Şimali Koreyanın təhlükəli fəaliyyətləri arasında radioaktiv materialların yayılması riski, Koreya yarımadasında vəziyyətin gərginləşdirilməsi, nüvə sınaqları və raket buraxılışları, repressiv hərəkətləri və hökumətin apardığı siyasət var.

Xəbər lenti
0