"O, ABŞ-ın axırına çıxacaq"

© Alexei Kudenko / Mediabanka keçidHillari Klinton
Hillari Klinton - Sputnik Azərbaycan
Abunə olmaq
Hillari Klinton: "Biz Donald Trampa imkan verə bilmərik ki, Birləşmiş Ştatları müflis etsin. Bu ölkə onun uğursuz kazinolarına bənzəmir"

BAKI, 22 iyun — Sputnik. Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton seçkilərdəki əsas rəqibi Donald Tramp haqqında kəskin ifadələr işlədib. Sputnik Wall Street-ə istinadən xəbər verir ki, Klinton milyarder namizədin ölkəni müflis edəcəyini vurğulayıb.

"Biz ona imkan verə bilmərik ki, ABŞ-ı müflis etsin. Bu ölkə Trampın uğursuz kazinolarına bənzəmir", — deyə xanım namizəd Ohayo ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

O, həmçinin D. Trampı Uoll Stritlə əlaqələrinin olmasına və adi vergi ödəyicilərinin hesabına ABŞ-ın maliyyə elitasının maraqlarını qorumaq istəməsinə görə də tənqid edib: "O, milyarderlərə üç trilyon dollar məbləğində güzəştli pul ayıracaq. 120 min varlı Amerika ailəsinə 120 milyon sadə amerika ailəsinə verdiyindən daha çox pul verəcək".

Tramp isə rəqibinin bu sözlərinə sosial şəbəkələrdə cavab verib. "Twitter"dəki tvitlərinin birində o, özünü "borc kralı" adlandıraraq, tərəfdarlarını biznes təcrübəsinin ABŞ-ın xarici borcunu azaltmağa kömək edəcəyinə inandırmağa çalışıb.

Xəbər lenti
0