BAKI, 21 iyun — Sputnik. Türkiyənin Diyarbəkir bölgəsində genişmiqyaslı anti-terror əməliyyatı keçirilir. Sputnik "Akşam" qəzetinə istinadla xəbər verir ki, əməliyyata dəstək məqsədi ilə əraziyə çoxlu sayda hərbi texnika əraziyə cəlb olunub.
Bölgənin 25 kəndində terror təşkilatı PKK-ya qarşı əməliyyatlar davam edir. Həmin bölgədə hər 5 kilometrdən bir əsgər və polis tərəfindən postlar qurulub, bölgədən keçən bütün texniki vasitələr, mülki əhali əsgər və polis tərəfindən yoxlanılır. Jurnalistlər həmin bölgəyə buraxılmır.