Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Türkiyə bir şərtlə Rusiyadan üzr istəyər..."

© AFP 2024 / POOL / IVAN SEKRETAREV Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli
Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ankara-Moskva münasibətlərindəki gərginlik yumşalmağa başlayıb. Siyasi müşahidəçilərin fikrincə, cari ilin sonunadək iki ölkə arasındakı əlaqələr yenidən əvvəlki səviyyəyə çata bilər.

BAKI, 21 iyun — Sputnik. Bir neçə gün öncə rəsmi Ankara Moskva ilə əlaqələri əvvəlki səviyyəyə qaytarmaq üçün 9 addımdan ibarət "yol xəritəsi" hazırladığını açıqlamışdı. Sözügedən plana əsasən, Türkiyə tərəfi Rusiya ilə münasibətlərin düzəlməsində vasitəçi ölkə istəmir. Və yekun olaraq bu ilin 15 dekabrına qədər Kreml ilə əvvəlki dostluq səviyyəsinə qayıtmağı hədəfləyir.

Ağ Saray - Sputnik Azərbaycan
RUSİYA
Türkiyə Rusiya ilə dostlaşmaq üçün "Yol xəritəsi" hazırlayıb

İlk əvvəl həmin 9 maddəlik planın nədən ibarət olduğunu xatırlatmaq istərdik. Münasibətlərin normallaşması üçün Türkiyənin planladığı addımlar bunlardır:

1. Avqustun 15-dək münasibətlər normallaşmalı və üst səviyyəyə qalxmalıdır;

2. Dekabra qədər sürəcək 6 aylıq prosesin ilk üç ayında rəsmi Ankara Rusiyada keçiriləcək bütün toplantılara uyğun nazirliklər səviyyəsində qatılacaq;

3. Sentyabrın 1-dək dəyən ziyanın miqdarı müəyyənləşməlidir;

4. İki ölkə əhalisi arasında əvvəlki münasibətlərin yaranması üçün KİV-lərin yardımı ilə əlaqələrin qurulması prosesi həyata keçirilməlidir;

5. İctimai diplomatiyadan istifadə edilməlidir;

6. Yaxın Şərq (Suriya) məsələsində fəaliyyət əlaqələndirilməlidir;

7. Rusiya ilə əlaqələrin bərpası prosesində iştirak edəcək qurumların təmsilçilərindən ibarət İşçi qrup yaradılmalıdır;

8.Türkiyədəki TÜSİAD (Türk Sənayeçiləri və İş adamları Dərnəyi) kimi təşkilatlarla birlikdə əlaqələrin qurulmasına dəstək verilməlidir;

Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə-Rusiya yaxınlaşmasında Avropa faktoru

9. Vasitəçi ölkəyə ehtiyac yoxdur.

Mövzunu Sputnik-ə dəyərləndirən türk politoloq Ahmet Akaydın, planın açıqlanmasından sonra Moskvada Türkiyəyə qarşı sərt mövqeyin nisbətən yumşaldığını söyləyib: "Əlbəttə, Rusiyanın sərt mövqeyinin bir anda yumşalmasını gözləmək inandırıcı olmaz. Amma əvvəlki həftələr və aylarla müqayisədə, son 4-5 gündür ki, Rusiya elitasında səslənən anti-türk çıxışlar yerini daha mülayim düşüncələrlə əvəzləyib. Həmin ölkənin mətbuatını izləyən bir adam kimi deyə bilərəm ki, Türkiyənin israrla atdığı müsbət addımlar və son olaraq da Ərdoğanın Putinə yazdığı məktub Rusiyada qarşılığını tapmaqdadır".

Politoloqa görə, əgər fövqəladə bir vəziyyət yaranmasa, bu ilin axırına kimi əlaqələr yenidən əvvəlki səviyyəyə çata bilər: "Bir neçə gün öncə Türkiyənin keçmiş Baş nazir müavini Bülənt Arınç belə bir açıqlama vermişdi ki, "ölkəmizlə sərhəd Yaxın Şərq ərazilərinə nəzarəti Rusiyaya buraxmadan Moskva ilə əlaqələri düzəltmək lazımdır". Bu, çox düzgün təsbitdir".

"Türkiyə özü böyük dövlətdir və istəməz ki, onun sərhədində hansısa qlobal güc əzələ nümayişi göstərsin. Ona görə, gərək Rusiya da bunu anlamağa çalışsın. Əgər Kremldə bunu dərk eləsələr, Türkiyə Rusiyanın istədiyi addımı atar. Yəni pilotun vurulmasına görə üzr istəyə bilər", — siyasi şərhçi vurğulayıb.

Akaydın Türkiyənin Rusiya ilə əlaqələrin bərpası prosesində vasitəçi ölkə istəməməsini İsraillə əlaqələrdə yaranmış durumla izah edib: "Çünki Ankara hesab edir ki, vasitəçi olmasaydı, Türkiyə ilə İsrail münasibətləri daha tez bərpa olunardı".

Xəbər lenti
0