BAKI, 21 iyun — Sputnik. İyunun 22-si saat 12.00-da "İqlim dəyişikliyi: bizi nə gözləyir" mövzusunda mətbuat konfransı keçiriləcək. İndi Aəzrbaycanda ilin bu mövsümünə uyğun olmayan hava şəraiti hökm sürür. Regionlarda yağışlar ara vermir, sellər əmələ gəlir. Odur ki, bu fonda qlobal iqlim dəyişikliyi yenidən mütəxəssislərin müzakirəsində prioritetə çevrilir.
Yaranan şəraitlə bağlı jurnalistlərlə öz fikirləri ilə Milli Ekoloji Proqnozlar Mərkəzinin sədri Telman Zeynalov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi bölüşəcək. Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, ev 23M, 4-cü mərtəbədə yerləşən Sputnik Azərbaycan multimedia mərkəzində keçiriləcək.
Əlaqə üçn
Tel: (012) 404-13-84/85
E-mail: i.velizade@rian.ru