BAKI, 21 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev bu gün Nardaranda olub. APA-nın məlumatına görə, bunu bu gün "Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-15: Dünən, bu gün və sabah" mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ sədri bildirib ki, dövlət başçısı Nardaran sakinləri ilə, dindarlarla görüşüb: "Dövlət başçısı həmişə əhalinin, o cümlədən dindarların problemlərinə həssaslıqla yanaşıb. Bu səfər də bunun bir nümunəsidir. Biz də dövlət başçısı ilə birlikdə Nardaranda olduq".