BAKI, 21 iyun — Sputnik. Bu gün Dövlət Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 28 banka satılıb. Bu barədə Sputnik-ə Fonddan bildiriblər.
İl ərzində Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Qeyd edək ki, valyuta hərracları həftədə iki dəfə — II və IV günlər keçirilir. Valyuta hərraclarına bu ilin yanvarın 13-dən başlayıb və bu, valyuta bazarının tənzimlənməsi məqsədi daşıyır.