BAKI, 21 iyun — Sputnik. Azərbaycanın Gənc Tamaşaçılar Teatrı qastrola hazırlaşır. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Teatr V.Siqarevin "Şeytan ailəsi" əsəri əsasında hazırlanan "Ağ ölüm" tamaşasını Şirvan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik və Astara rayonlarında nümayiş etdirəcək.
Qastrol səfəri iyunun 27-dən iyulun 1-dək davam edəcək. Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı özünün builki — 88-ci teatr mövsümünə iyulun 1-də Astara rayonunda yekun vuracaq.