BAKI, 20 iyun — Sputnik. Türkiyəli məşhur müğənni-rejissor Mahsun Kırmızıgül komediya janrında çəkməyə hazırlaşdığı yeni filmi barədə məlumatlar paylaşıb. Filmdə yer alacaq bəzi aktyorlarla artıq razılıq əldə olunduğunu deyən Mahsun Kırmızıgül, kino çəkilişlərinin harada olacağına da qərar verib.
Belə ki, o, məşhur Hollywood ulduzu Rassel Krounun keçən ilki filmi "The Water Divine"nın (Son Ümid) çəkildiyi Antaliyanın Fethiye qəsəbəsini seçib. Sputnik NTV-yə istinadən xəbər verir ki, filmin çəkilişlərinə sentyabr ayında başlanacaq və 6 həftəyə hazır olacaq.
11 oskarlı "Gladiator" filmi ilə məşhurlaşan Rassel Krou "The Water Divine"-nın son səhnələrini Fethiyede çəkmişdi. Azərbaycanca tərcümədə "Son Ümid" adlanan kino Çanaqqala müharibəsinə həsr olunub.