BAKI, 20 iyun — Sputnik. Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, iyunun 19-u axşam saat 20:30 radələrində rayonun Cəfərabad kənd sakini, 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Sputnik-in xəbərinə görə, məlum olub ki, 5 yaşlı M.Qafarov yaşadığı evdə dezinfeksiyaedici və həşəratları məhv etmək üçün istifadə olunan "Neasidol" kimyəvi məhlulunu saxlandığı yerdən götürərək içib.
Həkimlərin səylərinə baxmayaraq, M.Qafarov xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.