BAKI, 20 iyun — Sputnik. "Sadəcə 1 həftə ərzində Tehranda bir neçə terror aktının qarşısı alınıb". Sputnik İranın "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.
Ə. Şamxaninin sözlərinə görə, İran polisi Tehranda partlayış törətməyi planlaşdıran şəxsləri həbs edib: "Onlar müqəddəs Ramazan ayında öz pis niyyətlərini həyata keçirməyə cəhd göstəriblər".
Xatırladaq ki, təxminən bir ay əvvəl İranın kəşfiyyat və informasiya naziri Mahmud Ələvi ölkədə sabitliyi pozmaq məqsədi ilə partlayış törətməyi planlaşdıran 20 terrorçu dəstənin zərərsizləşdirildiyini bildirmişdi.