Avropa Qran-prisinin qalibi Niko Rosberq oldu

© Sputnik / Murad OrujovAvropa Qran-prisinin qalibi Niko Rosberq (sağdan ikinci)
Avropa Qran-prisinin qalibi Niko Rosberq (sağdan ikinci) - Sputnik Azərbaycan
Abunə olmaq
11 komandadan 22 pilotun qatıldığı 8-ci mərhələ bu gün əsas yarışla yekunlaşıb.

BAKI, 19 iyun — Sputnik. Bakıda keçirilən "Formula-1" üzrə Avropa Qran-prisi "Mercedes" komandasının üzvü Niko Rosberqin qalibiyyəti ilə başa çatıb.

Sputnik-in məlumatına görə, 11 komandadan 22 pilotun qatıldığı 8-ci mərhələ bu gün əsas yarışla yekunlaşıb.

Niko Rosberq öz "Mercedes"i ilə 51 dövrəni ən tez başa çatdırıb. O, 1:47,023 dəqiqə ilə yarışın ən sürətlisi olub.

İkinci yeri isə ”Ferrari” komandasından Sebastian Fettel (1:48, 921) tutub.

İlk üçlükdə "Force İndia"dan Serxio Peres sonuncu olub. Onun göstərdiyi sürət nəticəsi 1:48,269 dəqiqə olub. Peres cəriməsi olduğu üçün 3-cü yerlə kifayətlənməli olub. 

Beləliklə, Avropa Qran Prisinin yekun nəticəsi:

1. Niko Rosberq — "Mercedes"

2. Sebastian Fettel — "Ferrari"

3. Serxio Peres — "Force İndia" 

4. Kimi Raykonnen — "Ferrari"

5. Lüis Hamilton — "Mercedes"

6. Valtteri Bottas — "Uilyams" 

7.Daniel Rikkardo — "Red Bull Racing"

8. Maks Ferstappen — "Toro Rosso"

9. Niko Hülkenberq — "Force İndia"

10. Felipe Massa — "Uilyams"

11. Censon Batton — "McLaren"

12. Felipe Nasr — "Sauber"

13. Roman Qrojan — "Haas"

14. Kevin Maqnussen — "Renualt"

15. Kolion Palmer — "Renault"

16. Estabean Qutyerres — "Haas"

17. Markus Erikson — "Sauber"

18. Rio Haryanto — "Manor"

19. Fernando Alonso — "McLaren" — Mübarizəni dayandırıb

20. Paskal Verlyayn — "Manor"- Mübarizəni dayandırıb

21. Karlos Saynts — "Toro Rosso"- Mübarizəni dayandırıb

22. Daniel Kvyat — "Toro Rosso"- Mübarizəni dayandırıb

Xəbər lenti
0