BAKI, 17 iyun-Sputnik. "Əbu Bəkr əl-Bağdadinin öldürüldüyü haqda bir söz deyə bilmərəm, amma onun yaralandığını dəqiq bilirəm".
Sputnik xəbər verir ki, bunu Bəşər Əsəd rejiminin Moskvadakı səfiri Riyad Xaddad İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr əl-Bağdadinin ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Səfir bildirib ki, ancaq bunun elə bir əhəmiyyəti yoxdur: "Çünki yaxın zamanda təkcə İŞİD lideri deyil, qruplaşmanın qalan üzvləri də öldürüləcək".