Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verdilər

© AP Photo / Burhan OzbiliciBerat Albayraq
Berat Albayraq - Sputnik Azərbaycan
Abunə olmaq
Berat Albayrak Abid Şərifovla eyni komissiyaya rəhbərlik edəcək.

BAKI, 17 iyun-Sputnik. Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin olunub.

Sputnik-in məlumatına görə, bu barədə xəbər Türkiyənin rəsmi məlumat bülleteni olan "Resmi Gazete"də dərc olunub.

Məlumata görə, Türkiyənin baş naziri Binali Yıldırım bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama görə Albayrak, Azərbaycanla yanaçı, Əlcəzair, Çin, Nigeriya, Liviya, Uqanda və Venesuela ilə də iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin edilib.

Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Əsra Ərdoğanın həyat yoldaşıdır.

Sözügedən komissiyanın Azərbaycan tərəfdən həmsədri baş nazirin birinci müavini Abid Şərifovdur.

Xəbər lenti
0