Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

FED-in qərarı Azərbaycan Mərkəzi Bankı üçün gözlənilməz olub

© Sputnik / Murad OrujovAzərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı - Sputnik Azərbaycan
Abunə olmaq
AMB: FED-in uçot dərəcəsini dəyişməməsi səbəbindən dolların məzənnəsi dünya bazarlarında ciddi möhkəmlənməyib.

BAKI, 17 iyun-Sputnik. ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) qəbul etdiyi qərar gözlənildiyi kimi olmayıb.

Sputnik xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina - Sputnik Azərbaycan
İQTİSADİYYAT
FED: Bu il uçot dərəcəsi bir dəfə artırılacaq
AMB-nin cavabında qeyd edilib ki, bu səbəbdən dolların məzənnəsi dünya bazarlarında ciddi möhkəmlənməyib.

"Belə qərar ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsir edə bilərdi ki, bunun da iqtisadi əsası yoxdur. Belə ki, Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin satışından asılıdır.

Neftin qiyməti Azərbaycanda tədiyə balansı üzrə göstəricilərin uzunmüddətli dinamikasına təsir göstərən mühüm amil olsa da, son zamanlar tədiyə balansının məhsul və xidmət idxalı, qeyri-neft ixracı, birbaşa və portfel investisiyalar kimi digər mühüm komponentlər üzrə də əhəmiyyətli dəyişikliklər baş verməkdədir." — deyə AMB bildirib.

Baş bankın məlumatına görə, ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlər də valyuta tələbatına təsir göstərən mühüm amillərdəndir:

"Aparılan təhlillər göstərir ki, 2015-ci ildə məzənnədə baş vermiş dəyişikliklər ölkənin tədiyə balansına tarazlaşdırıcı təsir göstərməkdədir və manatın ABŞ dollarına nisbətən məzənnəsi yeni məzənnə rejiminə adaptasiya olunmuşdur".

Qeyd edək ki, FED iki günlük iclasın ardından iyunun 15-də uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

Xəbər lenti
0