BAKI 17 iyun — Sputnik. Müğənninin zəngin repertuarına Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Arif Məlikov, Niyazi, Mixail Qlinka, Pyotr Çaykovski, Sergey Raxmaninov, A.Stradella, İohan Sebastyan Bax, Georq Fridrix Hendel və başqa bəstəkarların kamera-vokal əsərləri, eləcə də Azərbaycan xalq mahnıları — “Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” və s. daxildir.
Fidan Qasımova “Kədərimiz… Vüqarımız…”, “Maestro Niyazi”, “Rəşid Behbudov 20 il əvvəl”, “Üç eskiz”, “Ürəkdən-ürəyə”, “Üzeyir ömrü” sənədli filmlərində, “Torpaq. Dəniz. Od. Səma” bədii filmində çəkilib.
Fidan Qasımova Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş (1977, C.Viotti adına müsabiqədə birinci mükafat) ilk azərbaycanlı qadın müğənnidir. 1974-cü ildən Dövlət Opera və Balet Teatrının solistidir. Bakı Musiqi Akademiyasınınn profesorudur.