Bu gün Bakıda "Formula-1" üzrə Avropa Qran-prisinə start verilir

© REUTERS / Maxim ShemetovBakıda "Formula-1" üzrə Avropa Qran-prisi başladı
Bakıda Formula-1 üzrə Avropa Qran-prisi başladı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda ilk dəfə keçiriləcək yarış məşhur pilotların avtoqraf sessiyası ilə başlayacaq.

BAKI, 17 iyun-Sputnik. Bu gün Bakıda "Formula-1" üzrə Avropa Qran-prisinə start verilir.

Sputnik Bakı Şəhər Halqasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycanda ilk dəfə keçiriləcək yarış məşhur pilotların avtoqraf sessiyası ilə başlayacaq.

Ardınca GP2 və "Formula-1" pilotları treklə tanış olacaqlar. Saat 15:00-da GP2 üzrə seçmə mərhələnin startı veriləcək. Günə Kris Braunun konserti ilə yekun vurulacaq.
İyunun 18-də GP2 pilotları birinci yürüşlərinə çıxacaqlar. Ardınca "Formula-1" üzrə seçmə mərhələ baş tutacaq. Bu dəfə gün Enrike İqlesiasın konserti ilə bitəcək.
Turnirin son günü — iyunun 19-da GP2 pilotları ikinci yürüşünü keçirəcəklər. Əsas yarışa — "Formula-1" Avropa Qran-prisi saat 17:00-da başlayacaq. Ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Farel Vilyamsın konserti nəzərdə tutulub.

Bakıda baş tutacaq 8-ci mərhələyə əvvəlki kimi 11 komandanın tərkibində 22 pilot qatılacaq. Ölkəmizə "Mercedes"in heyətində Niko Rosberq, Luis Hamilton, "Ferrari"nin heyətində Kimi Raykkonenlə Sebastyan Fettel, "Uilliams"ın heyətində Felipe Massa ilə Valtteri Bottas, "Red Bull"un heyətində Daniel Rikkardo ilə Maks Ferstappen gəliblər.

"Force India"nın heyətində Serxio Pereslə Niko Hyulkenberq, "Renault"da Kevin Maqnussenlə Colion Palmer, "Toro Rosso" Daniil Kvyatla Karlos Sayns-ml, "Sauber"də Markus Eriksson, Felipe Nasr, "McLaren"də Fernando Alonso, Censon Batton, MRT-da Rio Xaryanto Paskal Verlyayn və "Haas"da Romen Qrojanla Esteban Qutyerres çıxış edəcək.

7 mərhələdən sonra Rosberq 116 xalla birincidir. Konstruktorların yarışında isə onun idarə etdiyi "Mercedes" liderlik edir.

Bakı Şəhər Halqasının uzunluğu 6,006 km, ümumi məsafə 306,306 km, dövrə sayı 51, döngə sayı isə 20-dir.

Xəbər lenti
0