İclasın yekununa həsr olunan protokolda bildirilir ki, ABŞ-da işsizliyin səviyyəsi azalır, lakin azalma tempi zəifləyib.
Bundan başqa, FED 2016 və 2017-ci il üçün iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb. Belə ki, bundan öncə bu il üzrə iqtisadi artım 2,2% səviyyəsində gözlənilirdisə, ABŞ Mərkəzi Bankı proqnozunu 2%-ə endirib. Bununla yanaşı, 2017-ci ildə iqtisadiyatın 2,1% böyüyəcəyi proqnozlaşdırılsa da, hazırda proqnoz 2% üzərində qurulub.
"Uçot dərəcəsi qaldırılsaydı, bu, dünyada dolların digər valyutalara münasibətdə bahalaşmasına və eyni zamanda neftin ucuzlaşmasına gətirib çıxarmalı idi. Belə bir vəziyyətdə bu, manata təsir edəcəkdi. Biz 2015-ci ilin dekabrında gördük, uçot dərəcəsi qaldırılandan təxminən bir həftə sonra manatın devalvasiyası baş verdi. Uçot dərəcəsinin qaldırılmaması manata təyziqin azalmasına gətirib çıxardı, yəni manat özünü nisbətən rahat hiss edəcək. Düşünürəm ki, manatın məzənnəsində kəskin dəyişiklik üçün hələ ki, bir əsas yoxdur".
26-27 iyul tarixlərində FES-in növbəti iclası keçiriləcək. İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, uçot dərəcəsi yaxın gələcəkdə artırıla bilər:
"FED-in rəsmi açıqlaması və press-relizi onu deməyə əsas verir ki, yaxın gələcəkdə FES uçot dərəcəsini artıracaq. Dünya birjalarında dünən axşam və bu gün səhərdən gedən proseslər onu göstərir ki, artıq dünya birjaları bu hadisəyə indidən hazırlaşmaq yolunu tutublar. Təbii ki, bu dəfə uçot dərəcəsinin artmaması bütün valyutalara, o cümlədən də manata müəyyən dərəcədə zaman qazanmağa xidmət etdi. Çünki əgər faiz dərəcəsi artsaydı, Azərbaycanın qonşu ölkələrində milli valyutaların kəskin düşməsini müşahidə edəcəkdik ki, bu da istər-istəməz manata təsir göstərəcəkdi".
"FED-in rəsmi açıqlamasında neft qiymətlərinin indiki səviyyələrdə olmasının Amerika iqtisadiyyatı üçün çox pozitiv məqam olduğu vurğulanır, bu da neftin qiymətinin hələ uzun zaman aşağıda qalma ehtimalının yüksək olduğundan xəbər verir. Buna birjalardakı neftin qiyməti dərhal reaksiya verdi və 48 dollaradək ucuzlaşdı. Keçən həftə isə neftin qiymətləri 52 dollardan da yuxarı qalxaraq 53 dollar civarında idi".
Ekspertlərin sözlərinə görə, Azərbaycanda manatın kəskin devalvasiyası olmayacaq, lakin manatın məzənnəsinin yumşaq şəkildə dəyərdən düşməsi prosesi müşahidə oluna bilər. Onların fikrincə, yay aylarında 1 dollar 1 manat 50 və 1 manat 65 qəpik arasında dəyişəcək.