Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Devalvasiya avtomobil bazarına ciddi ziyan vurub

© Sputnik / Fuad HasanovBakı Avtomobil Satış Mərkəzində satışa qoyulmuş maşınlar
Bakı Avtomobil Satış Mərkəzində satışa qoyulmuş maşınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin ilk 5 ayı ərzində ölkəyə avtomobil idxalı 7 dəfə aşağı düşüb.

BAKI, 16 iyun-Sputnik. Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 2 233 ədəd avtomobil idxal edilib.

Sputnik xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, 2015-cü illə müqayisədə 13 262 ədəd, yaxud 85,59% (7 dəfə) azdır.

Məlumatda bildirilir ki, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 465 ədəd, yaxud 15,5 dəfə azalaraq 32 ədəd olub.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 11 973 ədəd, yaxud 86,06%, yaxud 7,17 dəfə azalaraq 1 939 ədədə düşüb.

DGK-nın açıqlamasında deyilir ki, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2015-ci ilə nisbətən 748 ədəd, yaxud 78,57%, yaxud 4,7 dəfə azalaraq 204 ədəd təşkil edib.

Qurum həmçinin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxal sayında da azalma olduğunu elan edib. Belə ki, 2015-ci ilə nisbətən 2016-ci ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 76 ədəd, yaxud 56,72%, yaxud 2,3 dəfə azalaraq 58 ədəd olub.

Qeyd edək ki, ötən il ölkədə baş verən devalvasiyadan sonra maşın bazarında qiymətlər enib. Buna baxmayaraq, əhalinin alıcılıq qabiliyyəti də aşağı düşüb. Avtomobil idxalçıları bu halı nəzərə alaraq, ölkəyə avtomobil idxalını azaldıblar.
Ekspertlər avtomobil bazarında yaranmış bu vəziyyəti milli valyutanın xarici valyuta qarşısında kəskin ucuzlaşması ilə izah edirlər.

Xəbər lenti
0