BAKI, 16 iyun-Sputnik. İran hökuməti 2 milyard dolları həcmində dondurulmuş aktivləri qaytarmaqdan imtina etdiyinə görə, ABŞ-a qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırıb.
Sputnik Haberler.com-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani açıqlama verib.
Mövzu ilə bağlı dövlət televiziyasına danışan Ruhani "İranın pulları ABŞ-ın boğazında qalacaq" deyib
Məlumata görə, rəsmi Tehran anti-İran fəaliyyətin qınanmasını, eləcə də Vaşinqtonun zərərə görə təzminat ödəməsini tələb edib.
Bu ilin aprel ayında Birləşmiş Ştatlar Ali Məhkəməsi 2 milyard dolların 1983-cü ildə Beyrutdakı partlayışın və digər terror aktları qurbanlarının ailələrinə ödənilməsi haqqında qərar qəbul edib.