CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı

© SputnikKitab evi
Kitab evi - Sputnik Azərbaycan
Abunə olmaq
"Kitab evi"nin fəaliyyətə başlaması münasibətilə iyunun 18-dən 1 iyul tarixinə qədər bütün kitablara 15-25 faizlik endirim kampaniyası nəzərdə tutulub.

BAKI, 16 iyun-Sputnik. Azərbaycanın ikinci sənaye və mədəniyyət paytaxtı olan Gəncədə "Gəncəçay" Park-bulvar Kompleksinin ərazisində istifadəyə verilən "Kitab evi" kitab satışından da çox mütaliənin təbliğinə xidmət edir.

Sputnik-in məlumatına görə, bu fikirlər Azərbaycanın ən böyük "Kitab evi"nin açılışı münasibəti ilə keçirilən tədbirdə səsləndirilib. Qeyd olunub ki, günü-gündən abadlaşan Gəncə şəhərində müasir üslubda inşa edilən "Kitab evi" mağazası Gəncə sakinləri üçün dəyərli töhfədir.

Açılış mərasimində iştirak edən Gəncə şəhər icra başçısı Elmar Vəliyev Gəncə ədəbi mühitinin dünayaya bəxş etdiyi Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi böyük mütəfəkkirlərin vətənində regionun ən böyuk "Kitab evi" nin açılmasının heç də təsadüfi olmadığını vurğulayıb. Buranın ziyalıların, ictimaiyyət nümayəndələrinin, xüsusən də gənclərin sevimli məkanına çevriləcəyinə əminliyini ifadə edib.

Fəaliyyətini "Kitabevim.az" layihəsi üzərində quran bu kitab mağazası digər kitab mağazalarından xeyli fərqlənir.

Açılış mərasimində bu haqda iştirakçılara ətraflı məlumat verən "Kitabevim.az" layihəsinin rəhbəri filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq qeyd edib ki, Gəncədəki yeni kitab evinin özəlliyi burda Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə minlərlə kitabın yer almasıdın. Müxtəlif guşələrin olması isə oxucuların mütaliəsinə geniş imkanlar yaradacaq.

"Qoy-götür" və "Bukinist" şöbələrinin gənclərin mütaliə həvəsini xeyli artıracağını vurğulayan layihə rəhbəri mağazada istifadəçilərin sərbəst mütaliəsi üçün şərait yaradıldığını da vurğulayıb.

"Qoy-götür" şöbəsinin üstünlüyü onun oxucular tərəfindən təmin olunmasıdır, yəni oxucu bura bir kitab hədiyyə etməklə "Kitab evi"nin üzvünə çevrilir. Bundan sonra isə o, tək şəxsiyyət vəsiqəsini təqdim etməklə istənilən vaxt istədiyi kitabı götürüb oxuya bilər və müəyyən müddətdən sonra geri qaytararaq mütəmadi olaraq digər kitabları seçə bilər. "Bukinist" guşəsində isə oxucular nəşr ili çox köhnə olan nadir və orijinal kitablarla tanış olmaq və onları əldə etmək imkanı qazanacaqlar.

© SputnikGəncədədə yeni istifadəyə verilən "Kitab evi" Azərbaycan yazarlarının imza və kitab təqdimatı mərasimlərinin keçiriləcəyi ən maraqlı məkanlardan birinə çevriləcək
Gəncədədə yeni istifadəyə verilən Kitab evi Azərbaycan yazarlarının imza və kitab təqdimatı mərasimlərinin keçiriləcəyi ən maraqlı məkanlardan birinə çevriləcək - Sputnik Azərbaycan
Gəncədədə yeni istifadəyə verilən "Kitab evi" Azərbaycan yazarlarının imza və kitab təqdimatı mərasimlərinin keçiriləcəyi ən maraqlı məkanlardan birinə çevriləcək

"Kitab evi"ndə gənclərin və məktəblilərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün kitab-kafe, müxtəlif multimedi vəsaitlərindən və elektron kitablardan istifadə imkanları nəzərdə tutulub.

"Kitab evi"ndə eyni zamanda "Günün, həftənin, ayın kitabı" adlı guşələr oxucular üçün çox böyük güzəştlərə təklif olunacaq. Gənclərdə kitaba marağı artırmağı daha çox hədəfə aldıqlarını vurğulayan layihə rəhbəri tələbələrin ilboyu tələbə biletlərini təqdim etməklə 15-25 faizlik endirimlərdən yararlana biləcəklərini deyib.

Tədbirdə diqqətə çatdırılıb ki, Gəncədədə yeni istifadəyə verilən "Kitab evi" Azərbaycan yazarlarının imza və kitab təqdimatı mərasimlərinin keçiriləcəyi ən maraqlı məkanlardan birinə çevriləcək.

"Kitab evi" hər gün səhər saat 9-dan axşam saatlarınadək kitabsevərlərin ixtiyarında olacaq. "Kitab evi"nin fəaliyyətə başlaması münasibətilə iyunun 18-dən 1 iyul tarixinə qədər bütün kitablara 15-25 faizlik endirim kampaniyası nəzərdə tutulub.

Xəbər lenti
0