İlanlar kəndlilərə sahəyə çıxmağa imkan vermirlər

© Photo : PUBLIC DOMAINİlanlar
İlanlar - Sputnik Azərbaycan
Abunə olmaq
İlan Şəkidə taxıl sahəsində işləyən 58 yaşlı kişiyə hücum edib.

BAKI, 16 iyun — Sputnik. Şəkidə taxıl sahəsində işləyən 58 yaşlı kişini ilan sancıb.

Sputnik-in bölgə müxbirinin verdiyi məlumata görə,Füzuli Seyidov Böyük Dəhnə kənd inzibati ərazisində özünə məxsus taxıl sahəsində işləyərkən ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb. Yaxınları Füzuli Seyidovu Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan Sputnik-ə bildiriblər ki, iyunun 15-i, günün ikinci yarısında rayonun Böyük Dəhnə kənd sakini, 1958-ci il təvəllüdlü Füzuli Diqqət oğlu Seyidov ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub. Təcili reanimasiya şöbəsinə yerləşdirilən Füzuli Seyidova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Böyük Dəhnə kəndinin sakinləri bildiriblər ki, son vaxtlar kənddə qorxulu ilanlar peyda olub və onların sayı durmadan artır.

"İlanların əlindən sahəyə qorxa-qorxa çıxırıq. Onlar demək olar ki, kəndlilərə sahəyə çıxmağa aman vermirlər" — deyə F.Seyidovun yaxınları Sputnik-in əməkdaşına bildiriblər.

Xəbər lenti
0