BAKI, 16 iyun-Sputnik. İyunun 16-da Dövlət Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 24 banka satılıb. Bu barədə Fonddan Sputnik-ə bildiriblər.
İl ərzində Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Qeyd edək ki, iyunun 14-də Dövlət Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 26 banka satılıb.
Bu ilin aprel ayından etibarən valyuta hərraclarının sayı həftədə 3 dəfədən 2 dəfəyə enib. Valyuta hərracları həftədə iki dəfə — II və IV günlər keçirilir. Valyuta hərraclarına bu ilin yanvarın 13-dən başlayıb və bu, valyuta bazarının tənzimlənməsi məqsədi daşıyır.