Daxili İşlər Nazirliyində yeni təyinat

© Sputnik / Murad OrujovDaxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Polis general-mayoru Emin Şəkinski DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

BAKI, 16 iyun-Sputnik. Azərbaycanın Daxili İşlər Nazirliyində yeni təyinat baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xəbəri Sputnik-ə DİN-dən təsdiqləyiblər.

Xatırladaq ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin bundan əvvəlki rəisi polis general-mayoru Ceyhun Həsənov olub. Keçən həftə C.Həsənov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

Xəbər lenti
0