Amerika Ukraynaya 220 milyon dollar ayıracaq

© REUTERS / Carlos BarriaUkraynanın baş naziri Vladimir Qroysman ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşdən sonra Ağ Evin qarşısında mətbuata açıqlama verir
Ukraynanın baş naziri Vladimir Qroysman ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşdən sonra Ağ Evin qarşısında mətbuata açıqlama verir - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd böhran vəziyyətində olan ölkədə bir sıra sahələrdə islahatların keçirilməsidir.

BAKI, 16 iyun — Sputnik. Amerika Birləşmiş Ştatları Ukrayna hökumətinə 220 milyon dollar maddi yardım ayıracağını açıqlayıb. Əsas məqsəd böhran vəziyyətində olan ölkədə bir sıra sahələrdə islahatların keçirilməsidir.

Sputnik-in məlumatına görə, ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynanın baş naziri Vladimir Qroysmanla görüş zamanı ayrılacaq 220 milyon dolların iqtisadi, siyasi və enerji sahələrində islahatların keçirilməsinə sərf olunacağını deyib.

Amerikalı rəsmi bu paketi ölkəsinin Ukraynada demokratik institutların, iqtisadi artımın əsaslarının gücləndirilməsinə və humanitar ehtiyacların təmin olunmasına dəstəyinin davamı kimi qiymətləndirib.

Xəbər lenti
0