BAKI, 15 iyun-Sputnik. Rusiya və Azərbaycan müdafiə nazirləri Moskvada görüş keçiriblər.
Azərbaycanlı həmkarı ilə görüşə şad olduğunu vurğulayan Şoyqu deyib ki, ölkələrimiz arasın bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.
Zakir Həsənov da öz növbəsində Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək qiymətləndirib.
O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB ölkələri Müdafiə Nazirləri Şurasının bu gün keçiriləcək iclasında iştirak etmək üçün Moskvaya gedib.
İclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi Hərbi Əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, Hava-kosmik Müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılması planlaşdırılır.
Zakir Həsənovun Sergey Şoyqu ilə görüşü də bu səfər çərçivəsində reallaşıb.