BAKI, 14 iyun-Sputnik. Sabah Rusiya paytaxtında MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Sputnik APA-ya istinadla xəbər verir ki, iclasda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edəcək.
İclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılması planlaşdırılır.