Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

NATO Rusiyanın "qulağının dibinə" yaxınlaşdı

NATO
NATO - Sputnik Azərbaycan
Abunə olmaq
Şimal Alyansı üç Baltikyanı ölkədə və Polşada 4 hərbi batalyon yerləşdirmək niyyətində olduğunu bəyan edib.

NATO Rusiyanın “qulağının dibinə” yaxınlaşdı
BAKI, 14 iyun-Sputnik. İyunun 14-ü və 15-də NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldə görüşərək Baltikyanı ölkələr və Polşada hərbi batalyonların yerləşdirilməsini təsdiq edəcəklər. Bundan başqa, onlar Ukraynaya yardım paketini və digər qonşu ölkələrə dəstək göstərməyi razılaşdıracaqlar. Nazirlərin bu görüşü gələn ayın 8-9-da Varşavada keçiriləcək NATO sammitinə son hazırlıq addımı olacaq.

Latviya, Litva, Estoniya və Polşa orada qoşunlar yerləşdirməyi alyansdan dəfələrlə istəyib. Fevralda NATO Müdafiə nazirləri alyansın şərq yamacını gücləndirmək qərarına gələrək hərbi planlaşdırmaya başlayıblar. Bütün xırdalıqlar sammitə qədər işləniləcək, lakin prioritetlər artıq bəllidir.

NATO-nun üç Baltikyanı ölkədə və Polşada 4 hərbi batalyon yerləşdirmək niyyətində olduğunu baş katib Yens Stoltenberq də bəyan edib. O bildirib ki, NATO hərbçilərinin məsləhətinə əsasən, Alyans rotasiya prinsipi əsasında Baltikyanı ölkələrdə və Polşada çoxmillətli batalyonların yerləşdirilməsini qərara alıb.

NATO-nun Rusiya ilə sərhəddə yerləşdirəcəyi batalyonların sayı da məlum olub. Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Duqlas Lyut məlumat verib. O bildirib ki, NATO Polşa, Latviya, Litva və Estoniyada 800-1000 hərbçi yerləşdirməyi planlaşdırır. "Biz 4 müttəfiq ölkənin hər birində 800-1000 canlı qüvvə yerləşdirmək niyyətindəyik. Bununla da bu ölkələrdən hər hansı birinə istənilən hücumun qarşısı alyans tərəfindən dəf ediləcək",- deyə Duqlas Lyut vurğulayıb. Hərbçilərin tərkibi hər 6-9 ay ərzində dəyişəcək, onların iştirakı isə ildə 365 gün təşkil eədəcək. O həmçinin vurğulayıb ki, batalyonlar rotasiya prinsipi əsasında yerləşdiriləcək. Hərbçilər çoxmillətli olacaq.

Ötən həftə Federasiya Şurasının senatoru Frants Klintseviç isə bəyan edib ki, NATO böyük səylə Şərqi Avropadakı keçmiş sovet hərbi bazalarına öz qoşunlarını yerləşdirir. Son vaxtlar alyansın hərbi qulluqçularının sayı 19 dəfə artıb. Federasiya Şurası NATO-nun bununla Rusiyaya zərbələr endirməyə hazırlaşdığını istisna etmir.O, həmçinin qeyd edib ki, Şimali Atlantika alyansının Rusiya sərhədlərində aktivliyi artmaqda davam edir.

"Biz NATO-nun hərbi fəallığını nəzərə alaraq öz döyüş vasitələrimizi gücləndirəcəyik. Əlbəttə ki, bu ilk növbədə raket əleyhinə müdafiə sistemi olan ölkələri təhlükə altında qoyur. Biz bunu gizlətmirik", — deyə senator vurğulayıb.

Amma bundan öncə, Pentaqon rəsmisi Maykl Karpenter Konqresin iclasında bildirmişdi ki, NATO Baltik regionundakı vəziyyəti hələ ki dəyişə bilmir, Rusiya hələ də hərbi üstünlüyə malikdir.
"RAND" araşdırmalar mərkəzinin hazırladığı hesabatda rus ordusunun Riqa və Tallin şəhərlərini 36-60 saat ərzində işğal etməyə qadir olduğu açıqlanıb. Bu baş verəcəyi təqdirdə NATO-nun vəziyyəti nəzarət altında saxlamaq istiqamətindəki bütün cəhdləri uğursuzluqla nəticələnəcək. Belə olan halda qurum iki yola əl atmalıdır: "NATO ya əks-hücuma keçməlidir ki, bu addım da münaqişənin nüvə cəhətdən eskalasiyasına səbəb olacaq, yaxud alyans özünün müvəqqəti məğlubiyyətini qəbul etməlidir".

Hesabatda həmçinin bildirilir ki, vəziyyəti dəyişmək üçün bu ölkələrdə müvafiq hava və artilleriya dəstəyi ilə üçü tank briqadası olmaqla ümumilikdə yeddi hərbi briqada yerləşdirilməlidir.

"Mən hesabatın çıxdığı vaxtdan bu günə qədər əhəmiyyətli bir irəliləyiş görmürəm, lakin 2017-ci ilin sonuna qədər inkişaf edəcəyik", — deyə Karpenter bildirib. O, Rusiyanın bu ölkələrə daha yaxın yerləşdiyindən onun həm zaman, həm də məkan baxımından üstünlüyə malik olduğuna şikayətlənib.

Qeyd edək ki, iyunun 6-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya heç vaxt NATO-nun hər hansı bir ölkəsinə hücum etməyəcək.

"Mən əminəm ki, bütün ciddi və düzgün siyasətçilər gözəl başa düşürlər ki, Rusiya alyansın hər hansı bir ölkəsinə heç vaxt hücum etməyəcək. Bizim belə planımız yoxdur. Fikrimcə, NATO-da bunu gözəl bilirlər, lakin daha çox texnika və batalyon yerləşdirmək üçün bəhanə gətirirlər", — S. Lavrov bildirib.

NATO Baltikyanı ölkələr və Polşada üç beynəlxalq batalyon yerləşdirmək niyyətindədir. Qoşunların sayı və harada yerləşdirilməsi haqda yekun qərar isə alyansın 8-9 iyul tarixlərində Varşavada keçiriləcək sammitində qəbul olunacaq.

Xəbər lenti
0